TopXəbər

Yaponiya Marsın peyki Fobosdan torpaq nümunələri gətirmək üçün kosmik aparat buraxıb

20 oktyabr 2026, 01:47 · Mənbə: Report.az

Yaponiya Marsın peyki Fobosdan torpaq nümunələri gətirmək üçün kosmik aparat buraxıb

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) dünyada ilk dəfə Marsın peyki Fobosa eniş etməli və onun səthindən torpaq nümunələrini Yerə çatdırmalı olan MMX kosmik aparatını orbitə göndərib.

Yeniliklərdən dərhal xəbərdar olun!

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) dünyada ilk dəfə Marsın peyki Fobosa eniş etməli və onun səthindən torpaq nümunələrini Yerə çatdırmalı olan MMX kosmik aparatını orbitə göndərib.

"Report" "JAXA"ya istinadən xəbər verir ki, aparat Tanegaşima kosmodromundan H3 ağırdaşıyıcı raketi vasitəsilə buraxılıb.

MMX missiyasının əsas məqsədi Fobosdan torpaq nümunələri toplamaq, peykin mənşəyini və Marsın formalaşma tarixini araşdırmaqdır. Plana əsasən, kosmik aparat 2031-ci ildə Yerə qayıtmalı və topladığı nümunələrin yerləşdirildiyi kapsulu Yerə göndərməlidir.

Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri Yosihiro Seki bildirib ki, layihə Fobosun mənşəyi haqqında yeni məlumatlar əldə etməklə yanaşı, gələcəkdə Marsa insanlı ekspedisiyalar üçün texnologiyaların sınaqdan keçirilməsinə də imkan yaradacaq.

MMX kosmik aparatının kütləsi 4,5 ton, günəş panellərinin açılmış vəziyyətdə eni isə 9 metrdir.

Missiya çərçivəsində tətbiq edilən texnologiyaların Marsın gələcək tədqiqatlarına, o cümlədən insanların iştirakı ilə həyata keçiriləcək uçuşlara hazırlıq prosesində istifadə olunacağı gözlənilir.

Dünya

Pakistanlı general sabah Tehrana səfər edəcək

Report.az · 19 oktyabr 2026, 23:47