TopXəbər

Türkiyədə kiber cinayətlərə görə 473 şübhəli saxlanılıb

28 sentyabr 2026, 12:47 · Mənbə: Hürriyet

Türkiyədə kiber cinayətlərə görə 473 şübhəli saxlanılıb

Türkiyədə 25 vilayətdə keçirilən əməliyyatlarda 473 şübhəli saxlanılıb, 41 milyon 300 min lirəlik əmlaka əl qoyulub.

Hürriyet yazır ki, Türkiyədə Daxili İşlər Nazirliyi koordinasiyasında kiber cinayətlərə qarşı əməliyyatlar aparılıb.

Bu tədbirlərdə 25 vilayətdə nitelikli dələduzluq, qanunsuz mərc oyunları və uşaqların seksual istismarı ilə bağlı şübhəlilər tutulub.

Ümumilikdə 473 şübhəli ələ keçirilib, onlardan 286-sı həbs edilib, 92-si barəsində isə məhkəmə nəzarəti qoyulub. Digərlərinin işi hələ davam edir.

Fotoqalereya

1 / 4

Əməliyyatlar zamanı 22 daşınan və 2 daşınmaz olmaqla ümumilikdə 41 milyon 300 min lirə dəyərində əmlaka əl qoyulub, çoxlu sayda rəqəmli material aşkarlanıb.

Əməliyyatlara Daxili İşlər Nazirliyi yanında Kiber Cinayətlərə Qarşı Mübarizə İdarəsi, Maliyyə Cinayətlərini Araşdırma Komitəsi (MASAK) və Baş Prokurorluqların iştirakı ilə vilayət polis idarələrinin kiber şöbələri rəhbərlik edib.

Tədbirdə dolandırıcılıq məqsədilə sosial media platformaları və saxta saytlardan istifadə olunduğu, həmçinin qanunsuz mərc saytlarında əməliyyatlar aparıldığı bildirilib.