Tramp Putin və Si Cinpinlə tarixi görüşü səbirsizliklə gözləyir
19 noyabr 2026, 08:17 · Mənbə: Report.az

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin rəhbəri Si Cinpinlə qarşıdan gələn üçtərəfli görüşü səbirsizliklə gözlədiyini bildirib.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin rəhbəri Si Cinpinlə qarşıdan gələn üçtərəfli görüşü səbirsizliklə gözlədiyini bildirib.
"Report" "ABC News"a istinadən xəbər verir ki, Tramp bu barədə Çinin Şençjen şəhərindəAsiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının plenar iclasında bildirib.
"Sədr Si və Prezident Putinlə bu gün baş tutacaq tarixi üçtərəfli görüşü səbirsizliklə gözləyirəm. Biz hər üç ölkə üçün yeni imkanları müzakirə edəcəyik", - Ağ Evin rəhbəri bildirib.
Tramp həmçinin qeyd edib ki, Vaşinqton bir sıra təşkilat üzvləri ilə enerji əməkdaşlığının genişləndirilməsi üzərində işləyir və yeni ticarət sazişlərinin bağlanacağını gözləyir.
Qeyd edək ki, sözügedən görüş tarixdə ABŞ, Rusiya və Çin liderlərinin bu formatda ilk üçtərəfli görüşü olacaq.
Oxşar xəbərlər


Dünya
ABŞ-də polis keçmiş xokkeyçi Niko Sakettini güllələyərək öldürüb
Report.az · 22 noyabr 2026, 16:46

Dünya
Qalibaf: ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb
Report.az · 22 noyabr 2026, 15:17
