Saxalin sahilində neft məhsullarının sızması baş verib
21 oktyabr 2026, 07:47 · Mənbə: Report.az

"Rosprirodnadzor" mütəxəssisləri Rusiyanın şərqində, Saxalinin cənub-qərb sahilində yerləşən Tomari rayonunun sahilində aşkar edilmiş neft məhsulları sızmasının mənbəyini müəyyənləşdirirlər.
Yeniliklərdən dərhal xəbərdar olun!
"Rosprirodnadzor" mütəxəssisləri Rusiyanın şərqində, Saxalinin cənub-qərb sahilində yerləşən Tomari rayonunun sahilində aşkar edilmiş neft məhsulları sızmasının mənbəyini müəyyənləşdirirlər.
"Report" xəbər verir ki, bu barədə rayon administrasiyasının mətbuat xidmətindən "İnterfaks"a məlumat verilib.
"Penzenskoye kəndi ərazisində sahilin üç kilometrlik hissəsi neft məhsullarından təmizlənib. Uzunluğu hələ müəyyən edilməyən daha iki sahəni təmizləmək qalır. Ərazinin çirklənməsinin tam sahəsini hələlik göstərə bilmərik", - agentliyin müsahibi bildirib.
Onun sözlərinə görə, yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri üçün təhlükə yoxdur, Tatar boğazının akvatoriyasında neft ləkələri aşkar edilməyib. Təmizləmə işləri bazar ertəsi başlayıb.
"Neft məhsulları sızmasının mənbəyi hələ müəyyən edilməyib, bu məsələ ilə "Rosprirodnadzor" idarəsinin mütəxəssisləri məşğul olurlar", - deyə mətbuat xidmətindən bildiriblər.
Oxşar xəbərlər

Dünya
Mask Tramp administrasiyasında işləyəndə "həddini aşdığını" etiraf edib
Report.az · 21 oktyabr 2026, 08:46

Dünya
ABŞ-nin dövlət borcu iki ay ərzində təxminən 400 milyard dollar artıb
Report.az · 21 oktyabr 2026, 07:17

Dünya
Pentaqon Şimali Karolinada çip istehsalına 1,5 milyard dollar yatırım edir
Report.az · 21 oktyabr 2026, 05:46

Dünya
"Axios": ABŞ Oslodakı danışıqlardan sonra Rusiyadan kompromisə getməyi gözləyir
Report.az · 21 oktyabr 2026, 04:47