WP: Putin Trampın seçkilərlə bağlı narahatlığından onu öz tərəfinə çəkmək üçün istifadə edib
21 oktyabr 2026, 03:47 · Mənbə: Report.az

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın yanacaq qiymətlərinin artması və ABŞ-də qarşıdan gələn aralıq seçkiləri ilə bağlı narahatlıqlarından onu öz tərəfinə çəkmək üçün istifadə edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın yanacaq qiymətlərinin artması və ABŞ-də qarşıdan gələn aralıq seçkiləri ilə bağlı narahatlıqlarından onu öz tərəfinə çəkmək üçün istifadə edib.
"Report" xəbər verir ki, "The Washington Post" (WP) bu barədə analitiklərə istinadən yazıb.
Putinlə telefon danışığından sonra Tramp Rusiyanın dizel yanacağı tədarükünə tətbiq edilən sanksiya məhdudiyyətlərini yumşaldıb, Moskvaya qarşı yeni sanksiyaları təxirə salıb, Ukraynanın peyk sistemlərinə çıxışını məhdudlaşdırıb və Ukrayna lideri Volodimir Zelenskiyə təzyiqləri artırıb.
ABŞ Dövlət katibinin keçmiş köməkçisi Deniel Fridin fikrincə, Tramp Moskvanın xeyrinə olan şərtlərlə nizamlanmaya nail olmağa çalışır, çünki yanacaq qiymətlərinin artması fonunda seçkiqabağı kampaniya üçün ona arqument lazımdır.
Karnegi Fondunun eksperti Endryu Vays hesab edir ki, Tramp Kiyevi dekabrda Mayamidə keçiriləcək G20 sammitinə qədər siyasi razılaşmaya getməyə məcbur etməyə çalışır. Onun sözlərinə görə, Rusiya ərazi güzəştlərinə nail olmağa çalışır və daha sonra Ukraynanın hərbi potensialını məhdudlaşdırmağı tələb edə bilər.
Oxşar xəbərlər

Dünya
"Axios": ABŞ Oslodakı danışıqlardan sonra Rusiyadan kompromisə getməyi gözləyir
Report.az · 21 oktyabr 2026, 04:47

Dünya
"The Times": Britaniya Şimal dənizində qaz yatağını işlətmək niyyətindədir
Report.az · 21 oktyabr 2026, 04:17


Dünya
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
Report.az · 21 oktyabr 2026, 01:47