TopXəbər

"The Times": Britaniya Şimal dənizində qaz yatağını işlətmək niyyətindədir

21 oktyabr 2026, 04:17 · Mənbə: Report.az

"The Times": Britaniya Şimal dənizində qaz yatağını işlətmək niyyətindədir

Böyük Britaniya hökuməti oktyabrın 21-də Şotlandiya sahillərindəki "Jackdaw" yatağının işlənməsini təsdiqlədikdən bir neçə həftə sonra Şimal dənizində qaz hasilatının səviyyəsi artacaq.

Yeniliklərdən dərhal xəbərdar olun!

Böyük Britaniya hökuməti oktyabrın 21-də Şotlandiya sahillərindəki "Jackdaw" yatağının işlənməsini təsdiqlədikdən bir neçə həftə sonra Şimal dənizində qaz hasilatının səviyyəsi artacaq.

"Report" xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, energetika və karbon neytrallığı naziri Miatta Fanbulle və maliyyə naziri Con Hili çərşənbə günü Aberdində qaz yatağının lazımi ekoloji icazəni aldığını və dekabrın sonuna qədər hasilata başlayacağını elan edəcəklər.

Əvvəlcə Şotlandiyadakı "Jackdaw" və "Rosebank" neft-qaz yataqlarının işlənməsi 2022-2023-cü illərdə Mühafizəkarlar Partiyasının hökuməti tərəfindən razılaşdırılmışdı. Layihələrin icrası, yataq sahiblərinin fəaliyyətlərindən yaranan ekoloji zərər haqqında tam məlumat təqdim etmədiyini hesab edən Edinburq məhkəməsinin qərarından sonra 2025-ci ildə dayandırılmışdı.

"Jackdaw" Böyük Britaniyanın məlum olan ən böyük işlənməmiş qaz yatağıdır və tam gücü ilə işə düşdükdən sonra Şimal dənizində qaz hasilatının 6 %-ə qədərini təmin edə bilər. Məqalədə qeyd eidlib ki, bu qərar Böyük Britaniyanın enerji təhlükəsizliyinə nail olması və iş yerlərinin yaradılması yolunda mühüm addım kimi təqdim olunacaq.