TopXəbər

"Shafaq News": İraq İranla sərhədin böyük hissəsini bağlayıb

21 oktyabr 2026, 02:47 · Mənbə: Report.az

"Shafaq News": İraq İranla sərhədin böyük hissəsini bağlayıb

İraq hökuməti Bağdadda İran tərəfinin sentyabr ayında Səudiyyə Ərəbistanına edilən hücumlarda əli olduğuna dair sübutların ortaya çıxması səbəbindən İranla sərhəddəki nəzarət-buraxılış məntəqələrinin böyük hissəsini bağlayıb.

"Shafaq News": İraq İranla sərhədin böyük hissəsini bağlayıb

  • 21 oktyabr, 2026
  • 02:23
  • Yeniliklərdən dərhal xəbərdar olun!

    İraq hökuməti Bağdadda İran tərəfinin sentyabr ayında Səudiyyə Ərəbistanına edilən hücumlarda əli olduğuna dair sübutların ortaya çıxması səbəbindən İranla sərhəddəki nəzarət-buraxılış məntəqələrinin böyük hissəsini bağlayıb.

    "Report" xəbər verir ki, "Shafaq News" portalı bu barədə mənbəyə istinadən yazıb.

    Nəşrin həmsöhbətinin məlumatına görə, İranla sərhəddəki məntəqələrin bağlanması barədə sərəncamı şəxsən ölkənin baş naziri Əli əz-Zeydi verib.

    İraq hakimiyyəti hesab edir ki, Tehran Səudiyyənin "Şərq - Qərb" neft kəmərinə endirilən zərbədə sadəcə iştirak etməyib, həm də sonradan Səudiyyə Ərəbistanına hücumlarda istifadə olunan dronların yığılması üçün sərhədyanı ərazilərə ehtiyat hissələri idxal edib.

    Xatırladaq ki, "Şərq - Qərb" neft kəmərinin Ər-Riyad və Mədinə ərazisindəki fəaliyyəti sentyabrın 10-u səhər saatlarında baş verən bir neçə hücumdan sonra ehtiyat tədbiri olaraq dayandırılıb. Daha sonra hücumların İraq ərazisindən həyata keçirildiyi müəyyən edilib. O zaman Əz-Zeydi hücumu dərhal araşdırmaq, təşkilatçıları müəyyən etmək və əli olan hər kəsi məsuliyyətə cəlb etmək barədə göstəriş vermişdi.