Əraqçi: Danışıqlarda ABŞ tərəfinə qətiyyən etibar etmək olmaz
21 oktyabr 2026, 01:17 · Mənbə: Report.az

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, danışıqlarda ABŞ tərəfinə etibar etmək olmaz.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, danışıqlarda ABŞ tərəfinə etibar etmək olmaz.
"Report" xəbər verir ki, Əraqçi bu barədə Səudiyyə Ərəbistanının "Əl-Əxbariyyə" televiziyasına müsahibəsində danışıb.
XİN başçısı ABŞ ilə danışıqlar təcrübəsinə istinad edərək bildirib ki, müzakirələrin əksəriyyəti Amerikanın İrana hücumu ilə nəticələnib.
"Amerika tərəfi ilə elə danışıqlar raundlarımız olub ki, onların hamısı ölkəmizə qarşı müharibənin başlanması ilə nəticələnib. Təcrübə sübut edib ki, danışıqlar prosesində amerikalılara qətiyyən etibar edilməməlidir", - "Tasnim" agentliyi Əraqçinin sözlərini sitat gətirib.
Oxşar xəbərlər


Dünya
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
Report.az · 21 oktyabr 2026, 01:47

Dünya
WSJ: İlon Mask Ukraynada "Starlink"in işini məhdudlaşdırmağı əmr edib
Report.az · 21 oktyabr 2026, 01:47
