WSJ: İlon Mask Ukraynada "Starlink"in işini məhdudlaşdırmağı əmr edib
21 oktyabr 2026, 01:47 · Mənbə: Report.az

"SpaceX" şirkətinin rəhbəri İlon Mask ötən həftə Ukraynada "Starlink"in hərbi versiyasının - "Starshield"in işini məhdudlaşdırmağı şəxsən əmr edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
"SpaceX" şirkətinin rəhbəri İlon Mask ötən həftə Ukraynada "Starlink"in hərbi versiyasının - "Starshield"in işini məhdudlaşdırmağı şəxsən əmr edib.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal"a (WSJ) ABŞ rəsmiləri və məsələdən xəbərdar olan mənbələr bildiriblər.
Bəzi ABŞ rəsmilərinin sözlərinə görə, Mask bu qərarı müstəqil şəkildə qəbul edib və ABŞ Prezidenti Donald Tramp hər hansı sərəncam verməyib.
Lakin nəşrin mənbələrindən biri bildirib ki, sahibkar sürəti məhdudlaşdırmazdan əvvəl Amerika administrasiyasının bir çox yüksəkvəzifəli nümayəndələri, o cümlədən onun rəhbəri ilə söhbət edib.
Mask daha əvvəl məhdudiyyətlərə görə məsuliyyətini inkar edərək sürət və "Starshield"in istifadəsi ilə bağlı qərarların ABŞ hakimiyyəti tərəfindən qəbul olunduğunu iddia etmişdi.
"Starshield" sistemləri ABŞ hökumətinə məxsusdur və onun tərəfindən nəzarət olunur, sürətin məhdudlaşdırılması və ya istifadə şərtləri haqqında qərarlar hərbi rəhbərlik və son nəticədə ABŞ Prezidenti tərəfindən qəbul edilir", - Mask öz "X" hesabında yazmışdı.
Daha sonra Tramp Ağ Evdə jurnalistlərlə söhbətində "Starshield"in yavaşladılmasına aidiyyəti olmadığını vurğulayıb.
Oxşar xəbərlər


Dünya
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
Report.az · 21 oktyabr 2026, 01:47

Dünya
Əraqçi: Danışıqlarda ABŞ tərəfinə qətiyyən etibar etmək olmaz
Report.az · 21 oktyabr 2026, 01:17
