Mask Tramp administrasiyasında işləyəndə "həddini aşdığını" etiraf edib
21 oktyabr 2026, 08:46 · Mənbə: Report.az

Amerikalı sahibkar, əvvəllər Hökumətin Səmərəliliyinin Artırılması Departamentinə (DOGE) rəhbərlik etmiş İlon Mask ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı işin onu həddindən artıq cəzb etdiyini etiraf edib.
Mask Tramp administrasiyasında işləyəndə "həddini aşdığını" etiraf edib
Yeniliklərdən dərhal xəbərdar olun!
Amerikalı sahibkar, əvvəllər Hökumətin Səmərəliliyinin Artırılması Departamentinə (DOGE) rəhbərlik etmiş İlon Mask ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı işin onu həddindən artıq cəzb etdiyini etiraf edib.
"Report" xəbər verir ki, Mask bu barədə amerikalı yazıçı və jurnalist Uolter Ayzeksonun podkastında bildirib.
"Əla idi, mən mühüm qərarların qəbul edildiyi anlarda Oval kabinetdə olurdum, bəzən baş verənlərə təsir edə bilirdim. Amma mənə elə gəlir ki, mən daha çox kölgədə qalmalı və orada bir və ya iki ay olmalı idim, çünki bu müddət ərzində əksər şeyləri anlamaq olar", - o bildirib.
Jurnalist Maskdan hakimiyyətdə olmağın onu "həddindən artıq cəzb etdiyini" düşünüb-düşünmədiyini soruşub.
"Bəli, məncə, bu, doğrudur. Əslində, mən "həddimi aşdım", - milyarder cavab verib.
Mask 2025-ci ildə bir neçə ay DOGE-yə rəhbərlik edib və ictimai əsaslarla fəaliyyət göstərən, xüsusi statuslu ABŞ dövlət qulluqçusu olub.
Oxşar xəbərlər


Dünya
ABŞ-nin dövlət borcu iki ay ərzində təxminən 400 milyard dollar artıb
Report.az · 21 oktyabr 2026, 07:17

Dünya
Pentaqon Şimali Karolinada çip istehsalına 1,5 milyard dollar yatırım edir
Report.az · 21 oktyabr 2026, 05:46

Dünya
"Axios": ABŞ Oslodakı danışıqlardan sonra Rusiyadan kompromisə getməyi gözləyir
Report.az · 21 oktyabr 2026, 04:47