Sahib Ələkbərov: "Əmək bazarındakı dəyişikliklər sosial sığorta sisteminin dayanıqlığını gücləndirir"
5 noyabr 2026, 12:17 · Mənbə: Report.az

Azərbaycanın əmək bazarındakı müsbət dəyişikliklər sosial sığorta sisteminin dayanıqlığını gücləndirir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın əmək bazarındakı müsbət dəyişikliklər sosial sığorta sisteminin dayanıqlığını gücləndirir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,5 % artaraq 5 milyard manata çatıb, proqnoz isə 105,6 % ilə icra olunub: "Sosial sığorta daxilolmalarının davamlı artması Dövlət Sosial Müdafiə Fondunun maliyyə imkanlarını gücləndirir. Bunun nəticəsində fondun gəlirlərində dövlət büdcəsindən ayrılan vəsaitlərin payı 2018-ci ildəki 36 %-dən cari ilin 9 ayında 20 %-ə enib. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. Bu dinamika sosial sığorta sisteminin öz gəlirləri hesabına maliyyələşmə imkanlarının genişləndiyini göstərir".
Oxşar xəbərlər


İqtisadiyyat
Azərbaycan Türkiyənin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nə qoşulmasını dəstəkləyəcək
Report.az · 23 noyabr 2026, 16:47

İqtisadiyyat
Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 4 %-dən çox artıb
Report.az · 23 noyabr 2026, 16:17

İqtisadiyyat
EBRD: İnvestisiya ehtiyaclarının konkret layihələrə çevrilməsinə dəstək veririk
Report.az · 23 noyabr 2026, 13:47