Rumıniya hava məkanını pozan təyyarəyə reaksiya verdi
28 sentyabr 2026, 10:45 · Mənbə: Ukrainskaya Pravda

Rumıniya Hərbi Hava Qüvvələri sentyabrın 27-də Ukrayna yaxınlığında qeydə alınan hava obyektinə qarşı reaksiya göstərib.
Ukrainskaya Pravda yazır ki, Rumıniya Müdafiə Nazirliyinin radar sistemi sentyabrın 27-si axşam Ukrayna ərazisindən hərəkət edən hava obyektini aşkarlayıb.
Rumıniya Hərbi Hava Qüvvələrinin iki F-16 döyüş təyyarəsi 86-cı Borça aviabazasından qalxaraq vəziyyəti nəzarətə götürüb.
Radar məlumatlarına əsasən hava obyektinin Rumıniya hava məkanına Çatalkoy bölgəsindən daxil olduğu və sərhəd boyunca hərəkət etdiyi müəyyənləşib. Təxminən 10 dəqiqə sonra obyekt Sömova yaxınlığında radar ekranlarından itkin düşüb.
Rumıniyanın Tulça bölgəsində əhalinin məlumatlandırılması üçün RO-Alert sistemi fəaliyyətə keçirilib, hava təhlükəsizliyi üzrə operativ tədbirlər görülüb. Hava təhdidi 22:05-də ləğv olunub.
Sentyabrın 28-i səhər Rumıniya Müdafiə Nazirliyinin xüsusi qrupu həmin ərazidə araşdırmalar aparmaq üçün yola düşəcək.
Xatırladaq ki, ötən gecə sentyabrın 26-da naməlum hava obyektinin Rumıniya hava məkanını pozması səbəbindən alyans təyyarələri havaya qaldırılıb.
Həmçinin, sentyabrın 26-sı Moldovanın Ştefan-Vod rayonunda Volintiri kəndinin yaxınlığında pilotsuz uçuş aparatının qalıqları aşkar olunub.
Eyni gün Rusiyanın Ukraynaya hücumları fonunda Moldovanın hava məkanına naməlum pilotsuz aparat daxil olub. O, saat 11:16-da Ukraynanın Odessa vilayətinin Stepanovka kəndi istiqamətindən gələrək Moldova sərhədini keçib və qismən tanınmayan Dnestryanı bölgədə Novokotovsk istiqamətində hərəkət edib. Obyekt saat 11:18-də Moldova hava məkanını tərk edib.
Oxşar xəbərlər

Dünya
Çin XİN başçısı Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinin həlli üçün dialoqa çağırıb
Report.az · 20 oktyabr 2026, 08:47

Dünya
Tramp İrana qarşı hərbi əməliyyatı dərhal başa çatdırmağın mümkün olduğunu bildirib
Report.az · 20 oktyabr 2026, 07:46

Dünya
Tramp demokratları Qərb sivilizasiyasını məhv etməyə çalışmaqda ittiham edib
Report.az · 20 oktyabr 2026, 07:17

Dünya
ABŞ Avropada münaqişə baş verəcəyi təqdirdə aerostatlardan kütləvi istifadə etməyi planlaşdırır
Report.az · 20 oktyabr 2026, 06:47