"Qarabağ" və "Neftçi" Azərbaycan derbisində yaşananlara görə cərimələnib
20 oktyabr 2026, 17:17 · Mənbə: Report.az

AFFA İntizam Komitəsi "Qarabağ" və "Neftçi" klublarını cərimələyib.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi "Qarabağ" və "Neftçi" klublarını cərimələyib.
"Report" xəbər verir ki, buna komandalar arasında keçirilmiş Misli Premyer Liqasının VIII turunda yaşananlara səbəb olub.
Ağdam təmsilçisi azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyi üçün 5000 manat ziyana düşüb.
Bakı klubu fanatların pirotexniki vasitədən istifadəsinə görə 3000, beş futbolçu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.
Bundan əlavə, "Neftçi"nin mətbuat katibi Asəf Zeynallıya xəbərdarlıq edilib. Buna onun stadiona kiçik zərər vurması səbəb olub. Dəymiş zərər yerində ödənilib.
Xatırladaq ki, Azərbaycan derbisi 3:3 hesabı ilə bitib.
Oxşar xəbərlər

İdman
AFFA Araz Bağırovu 1 oyunluq cəzlandırıb, "Şamaxı" klubunu 2500 manat cərimələyib
Report.az · 20 oktyabr 2026, 17:17

İdman
FIFA reytinqi: Azərbaycanın qadınlardan ibarət millisinin mövqeyi dəyişməyib
Report.az · 20 oktyabr 2026, 13:47

İdman
"Mançester Yunayted" və "Liverpul" Feliks Nmeçanı transfer etmək istəyir
Report.az · 20 oktyabr 2026, 11:17

İdman
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
Report.az · 20 oktyabr 2026, 09:17