TopXəbər

"Azərmaş"ın Voleybol Klubu dövlət qeydiyyatına alınıb

20 oktyabr 2026, 16:47 · Mənbə: Report.az

"Azərmaş"ın Voleybol Klubu dövlət qeydiyyatına alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azərmaş Abşeron Voleybol Klubu" MMC-ni dövlət qeydiyyatına alıb.

"Azərmaş"ın Voleybol Klubu dövlət qeydiyyatına alınıb

Biznes

  • 20 oktyabr, 2026
  • 16:31
  • Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

    Yeniliklərdən dərhal xəbərdar olun!

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azərmaş Abşeron Voleybol Klubu" MMC-ni dövlət qeydiyyatına alıb.

    "Report" xəbər verir ki, yeni şirkət "Azərmaş" ASC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 203 ünvanında qeydiyyatdan keçib (bu ünvanda şirkətin istehsal etdiyi avtomobillərin satıldığı salon yerləşir).

    Onun nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Ramin Tofiq oğlu Haşumovdur.

    "Azərmaş Abşeron Voleybol Klubu" hazırda Azərbaycan Voleybol Federasiyasının təşkil etdiyi qadın valeybolçularının çempionatında iştirak edir.