Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başlayıb
20 oktyabr 2026, 17:47 · Mənbə: Report.az

Şəmkir rayonunda iri və xırdabuynuzlu heyvanların satışı üçün yeni bazar tikilərək istifadəyə verilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəmkir rayonunda iri və xırdabuynuzlu heyvanların satışı üçün yeni bazar tikilərək istifadəyə verilib.
Bu barədə "Report" Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, müasir tələblərə uyğun inşa edilən bazarda heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin həyata keçirilməsi və biotəhlükəsizliyin təmin olunması üçün zəruri infrastruktur yaradılıb.
Beləliklə, Şəmkir heyvan satışı bazarının istifadəyə verilməsi ilə ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 23-ə çatıb.
Fotoqalereya
1 / 4Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başlayıb
Vurğulanıb ki, bazarda baytarlıq nəzarətinin təşkili məqsədilə kliniki baxış platforması, dezbaryerlər və izolyatorlar quraşdırılıb. Həmçinin heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar yerləşdirilib.
Heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr ayrılıb. Bununla yanaşı, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri qurulub.
Vurğulanıb ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan qiymətləndirmə nəticəsində bazarda baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun şəraitin yaradılması nəzərə alınıb.
Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Sabirabad, Xaçmaz, Ağdaş, Zaqatala, Qazax, Gədəbəy rayonlarında, Cəlilabadın Təzəkənd və Alar kəndlərində və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.
Oxşar xəbərlər

Dünya
ABŞ Trampın ikinci müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Report.az · 20 oktyabr 2026, 18:17


Dünya
Türkiyə sərhədlərin təhlükəsizliyi təmin edilənədək qoşunlarını Suriya və İraqda saxlayacaq
Report.az · 20 oktyabr 2026, 17:47

Dünya
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək
Report.az · 20 oktyabr 2026, 16:47