TopXəbər

AFFA Araz Bağırovu 1 oyunluq cəzlandırıb, "Şamaxı" klubunu 2500 manat cərimələyib

20 oktyabr 2026, 17:17 · Mənbə: Report.az

AFFA Araz Bağırovu 1 oyunluq cəzlandırıb, "Şamaxı" klubunu 2500 manat cərimələyib

Misli Premyer Liqasının VIII turunun oyununda hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə alan "Şamaxı"nın məşqçisi Araz Bağırov 1 oyunluq cəza alıb, klub isə 2500 manat cərimələnib.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Misli Premyer Liqasının VIII turunun oyununda hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə alan "Şamaxı"nın məşqçisi Araz Bağırov 1 oyunluq cəza alıb, klub isə 2500 manat cərimələnib.

"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Həmçinin həmin matçda 4 futbolçusu sarı vərəqə alan "Şəfa" komandası 700 manat cərimələnib.

"Sumqayıt"la qarşılaşmada ikinci sarı vərəqədən qırmızı vərəqə alan "Araz-Naxçıvan"ın futbolçusu Ağadadaş Salyanski 1 oyunluq cəzalanıb, Naxçıvan təmsilçisi isə 500 manat cəriməyə məruz qalıb.

"İmişli" ilə görüşdə 4 futbolçusu xəbərdarlıq alan "Turan Tovuz" klubu da 700 manat cərimə ödəyəcək.