"Azərbaycan Beynəlxalq Bankı"nın yeni törəmə müəssisəsi dövlət qeydiyatına alınıb
20 oktyabr 2026, 16:17 · Mənbə: Report.az

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) məxsus "ABB-Asset Management" MMC-ni dövlət qeydiyyatına alıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) məxsus "ABB-Asset Management" MMC-ni dövlət qeydiyyatına alıb.
"Report" Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət ABB-nin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 ünvanında qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 1 000 000 manat, qanuni təmsilçisi isə ABB-nin Agile Ofisinin rəhbəri Həsən Etibar oğlu Eminovdur. O, həm də ABB-yə məxsus "ABB İnnovasiya" MMC-nin direktorudur.
Törəmə şirkətin yaradılması ilə bağlı qərar ABB-nin səhmdarlarının bu il mayın 7-də keçirilmiş növbəti yığıncağında qəbul edilib. Şirkət adından göründüyü kimi aktivlərin idarə edilməsi üzrə fəaliyyət göstərəcək. Hazırda bu sahədə iki şirkət - "CFI Financial İnvestisiya Şirkəti" QSC-yə məxsus "CFI Asset Management" və "İnvest-Az İnvestisiya Şirkəti" QSC-yə məxsus "İnvestAz Asset Management" MMC Azərbaycan Mərkəzi Bankının müvafiq lisenziyalarına malikdir.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.
Hazırda ABB-nin yegnə təsisçi olduğu 7 törəmə müəssisəsi var. Bank həmçinin Özbəkistanın "Davr Bank"ında 51 %, "Azərbaycan Kredit Bürosu" MMC-də 12,5 %, "Bakı Fond Birjası" QSC-də isə 4,76 % pay sahibidir.
Oxşar xəbərlər

İqtisadiyyat
Almaniyanın qida avadanlıqları istehsalçıları Azərbaycan biznesi ilə danışıqlar aparacaqlar
Report.az · 20 oktyabr 2026, 16:17

İqtisadiyyat
"Ryanair"in rəhbəri gələn il Avropada aviabiletlərin qiymətlərində rekord artım proqnozlaşdırır
Report.az · 20 oktyabr 2026, 14:17

İqtisadiyyat
Azər Abbasov: "Bank və notariuslar cinayət əlamətlərini müəyyən edərək hesabat təqdim etməlidir"
Report.az · 20 oktyabr 2026, 12:47

İqtisadiyyat
ARDNF investisiya portfelində Avropa ölkələrinin payını azaldıb
Report.az · 20 oktyabr 2026, 12:17