Putin: Azərbaycan Şimal-Cənub dəhlizinin reallaşdırılmasını dəstəkləyir
2 oktyabr 2026, 01:15 · Mənbə: Report.az

Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılmasını dəstəkləyir və bu layihəni perspektivli hesab edir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılmasını dəstəkləyir və bu layihəni perspektivli hesab edir.
"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında bildirib.
"Diqqətinizə çatdırmaq istəyirəm ki, marşrutun bir hissəsi Azərbaycan ərazisindən keçməlidir. Azərbaycan bu layihənin həyata keçirilməsini dəstəkləyir və onu perspektivli hesab edir", – deyə Putin bildirib.
Rusiya Prezidenti həmçinin layihənin reallaşdırılması üçün zəruri kredit vəsaitlərinin ayrılmasına Rusiya tərəfinin hazır olduğunu açıqlayıb.
"Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə gəlincə, biz kredit resursları ayırmağa hazırıq. Bunun üçün müvafiq maliyyə vəsaitlərimiz nəzərdə tutulub", – deyə o qeyd edib.
Putinin sözlərinə görə, bu mərhələdə İran tərəfi işin öz üzərinə düşən hissəsini yerinə yetirməlidir
Oxşar xəbərlər

Dünya
Meşədə, şəhərdə və yolda ayı ilə qarşılaşanda nə etmək lazımdır
News.ru · 18 oktyabr 2026, 11:47


Dünya
Rusiya dronları Ternopil vilayətində enerji obyektinə zərbə vurub
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 11:47

Dünya
Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub
Report.az · 18 oktyabr 2026, 11:47