TopXəbər

Pakistanda qatarın relsdən çıxması nəticəsində 4 nəfər ölüb, 49 nəfər yaralanıb

13 oktyabr 2026, 10:17 · Mənbə: Report.az

Pakistanda qatarın relsdən çıxması nəticəsində 4 nəfər ölüb, 49 nəfər yaralanıb

Pakistanda "Rəhman Baba Ekspress" sərnişin qatarının relsdən çıxması nəticəsində azı 4 nəfər ölüb, 49 nəfər yaralanıb.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Pakistanda "Rəhman Baba Ekspress" sərnişin qatarının relsdən çıxması nəticəsində azı 4 nəfər ölüb, 49 nəfər yaralanıb.

"Report" "Dawn"a istinadən xəbər verir ki, bu barədə xilasetmə xidmətinin nümayəndəsi Məhəmməd Ərşad bildirib.

Onun sözlərinə görə, hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Pakistanın dəmir yolları naziri Hənif Abbasi müvafiq qurumlara xəsarət alan sərnişinləri zəruri tibbi yardımla təmin etməyi tapşırıb.

O, həmçinin bildirib ki, ölənlərin ailələrinə və yaralılara Pakistan Dəmir Yollarının sığorta polisinə uyğun olaraq kompensasiya ödəniləcək.