Pakistanda avtobusla yük maşını toqquşub, azı 11 nəfər ölüb
5 noyabr 2026, 23:48 · Mənbə: Report.az

Pakistanın şərqində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 11 nəfər ölüb, 33 nəfər yaralanıb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Pakistanın şərqində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 11 nəfər ölüb, 33 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə polis və xilasetmə xidmətlərinin məlumatlarına istinadən "Dawn" məlumat yayıb.
Bildirilib ki, hadisə Pəncab vilayətinin Pakpattan rayonunda, Depalpur-roud trasında qeydə alınıb. Təxminən üç saat davam edən xilasetmə əməliyyatına canlı qüvvə ilə yanaşı, kranlar və digər ağır texnika cəlb edilib.
Nəşrin məlumatına görə, səkkiz nəfər yüngül xəsarət alıb, 25 nəfər Pakpattandakı rayon xəstəxanasına çatdırılıb.
Pakistan Prezidenti Asif Əli Zərdari həlak olanların ailələrinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını diləyib.
Oxşar xəbərlər

Dünya
ABŞ-də üzərində bomba olduğunu deyən təyyarə sərnişini saxlanılıb
Report.az · 11 noyabr 2026, 05:17


Dünya
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
Report.az · 11 noyabr 2026, 04:19

Dünya
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb
Report.az · 11 noyabr 2026, 03:47