TopXəbər

Braziliyanın sabiq prezidenti Bolsonaru reanimasiyada qalır

23 noyabr 2026, 06:46 · Mənbə: Report.az

Braziliyanın sabiq prezidenti Bolsonaru reanimasiyada qalır

Braziliya xəstəxanasının reanimasiya şöbəsində olan keçmiş Braziliya prezidenti Jair Bolsonaroya kəskin bağırsaq keçməzliyi diaqnozu qoyulub.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Braziliya xəstəxanasının reanimasiya şöbəsində olan keçmiş Braziliya prezidenti Jair Bolsonaroya kəskin bağırsaq keçməzliyi diaqnozu qoyulub.

"Report" xəbər verir ki, bu barədə "CNN Brasil" tibb müəssisəsinin açıqladığı tibbi bülletenə istinadən məlumat yayıb.

Bildirilib ki, sabiq dövlət başçısının vəziyyəti kliniki baxımdan stabil qiymətləndirilir. Bolsonaru dərman müalicəsini və zəruri tibbi dəstəyi davam etdirir.

Həkimlərin göstərişinə əsasən, keçmiş prezident müvəqqəti olaraq qida qəbul etmir. Onun xəstəxanadan nə vaxt evə buraxılacağı hələ məlum deyil.