TopXəbər

Ələtdə hava limanının tikintisinin başa çatacağı vaxt açıqlanıb

23 noyabr 2026, 10:47 · Mənbə: Report.az

Ələtdə hava limanının tikintisinin başa çatacağı vaxt açıqlanıb

Ələt Azad İqtisadi Zonasında hava limanının tikintisi 2027-ci ilin ortasınadək yekunlaşacaq.

Yeniliklərdən dərhal xəbərdar olun!

Ələt Azad İqtisadi Zonasında hava limanının tikintisi 2027-ci ilin ortasınadək yekunlaşacaq.

"Report" xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Azərbaycan-İtaliya biznes forumunda deyib.

Onun sözlərinə görə, yerli yükdaşıma şirkəti olan "Silk Way Airlines" ilə Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının və onun ətrafında müvafiq logistika infrastrukturunun yaradılması barədə razılıq əldə olunub: "Bu layihə üçün iqtisadi zonanın səlahiyyətli qurumu 750 hektar ərazi ayırıb. Hava limanının tikintisi 2027-ci ilin ortasından gec olmayaraq bitəcək və hava limanı gələn il artıq beynəlxalq daşımalar üçün açıq olacaq. İlkin mərhələdə bu hava limanının yükdaşıma qabiliyyəti illik 500 min ton olacaq. Bu göstəricinin 2 milyon tona çatdırılması planlaşdırılır".

V.Ələsgərov qeyd edib ki, infrastrukturun inkişafının birinci mərhələsi çərçivəsində Ələt Azad İqtisadi Zonasında 60 hektar ərazidə işlər 2023-cü ilin iyununda bitib: "Bu tarixdən başlayaraq biz Ələt Azad İqtisadi Zonasına investorların cəlb edilməsinin üzərində çalışırıq".