TopXəbər

Yaponiyada quş qripinə görə 80 min toyuq məhv ediləcək

23 noyabr 2026, 07:17 · Mənbə: Report.az

Yaponiyada quş qripinə görə 80 min toyuq məhv ediləcək

Yaponiyanın Ayti prefekturasında quş qripi epidemiyasının aşkarlanması səbəbindən yerli quşçuluq təsərrüfatlarından birində təxminən 80 min toyuğun məhv edilməsinə başlanılıb.

Yeniliklərdən dərhal xəbərdar olun!

Yaponiyanın Ayti prefekturasında quş qripi epidemiyasının aşkarlanması səbəbindən yerli quşçuluq təsərrüfatlarından birində təxminən 80 min toyuğun məhv edilməsinə başlanılıb.

"Report" xəbər verir ki, bu barədə prefektura administrasiyası məlumat yayıb.

Quş qripi virusunun Toyohaşi şəhərində yerləşən fermalardan birində yayıldığı müəyyən edilib.

Yaponiyada payız və qış aylarında quş qripi ocaqları mütəmadi qeydə alınır. Görülən profilaktik tədbirlərə baxmayaraq, 2025-ci ildə ölkədə xəstəliyin 20-dən çox yayılma halı aşkarlanıb.

Bu cür epidemiyalar ciddi iqtisadi nəticələrə səbəb ola bilər. Belə ki, 2023-cü ildə quş qripi səbəbindən Yaponiyada yumurtanın qiyməti 76 faiz bahalaşıb, hətta Tokionun bəzi mağazalarında yumurta satışına məhdudiyyətlər tətbiq edilib.