TopXəbər

İtaliyanın dövlət agentliyi Azərbaycanda yeni layihələrin maliyyələşdirilməsində iştirak etməyə hazırdır

23 noyabr 2026, 11:47 · Mənbə: Report.az

İtaliyanın dövlət agentliyi Azərbaycanda yeni layihələrin maliyyələşdirilməsində iştirak etməyə hazırdır

İtaliyanın Dövlət İxrac-Kredit Agentliyinin (SACE) Azərbaycandakı əməliyyatlarının həcmi təxminən 90 milyon avro təşkil edir və agentlik azərbaycanlı tərəfdaşlarla birlikdə ölkədə yeni layihələri maliyyələşdirməyə hazırdır.

Yeniliklərdən dərhal xəbərdar olun!

İtaliyanın Dövlət İxrac-Kredit Agentliyinin (SACE) Azərbaycandakı əməliyyatlarının həcmi təxminən 90 milyon avro təşkil edir və agentlik azərbaycanlı tərəfdaşlarla birlikdə ölkədə yeni layihələri maliyyələşdirməyə hazırdır.

"Report" xəbər verir ki, bunu SACE-nin Avropa, MDB ölkələri və Ukrayna üzrə rəhbəri Kristiana Portale Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan İtaliyanın strateji tərəfdaşıdır, energetika sahəsində əməkdaşlıq isə ikitərəfli münasibətlərin əsaslarından biri olaraq qalır.

O, tərəfdaşlığın genişləndirilməsi perspektivlərini bərpa olunan enerji, infrastruktur, logistika, metallurgiya, yüksək texnologiyalı sənaye, həmçinin yeni texnologiyalar və kritik xammal növləri sahəsində görür: "Bu sahələrdə İtaliya şirkətləri layihə həlləri, texnologiyalar, sənaye avadanlıqları və öz sahə mütəxəssislərinin təcrübəsini təklif edə bilərlər".

Xəbər yenilənir