Belarus Azərbaycana birgə kolleksiyalara və müqaviləli istehsala keçməyi təklif edir
23 noyabr 2026, 12:47 · Mənbə: Report.az

Belarus və Azərbaycan arasında yüngül sənaye sahəsində əməkdaşlığı adi məhsul tədarükündən birgə kolleksiyaların yaradılması, həmçinin müqaviləli istehsalın təşkili də daxil olmaqla, qarşılıqlı fəaliyyətin daha qabaqcıl formalarına keçirmək lazımdır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Belarus və Azərbaycan arasında yüngül sənaye sahəsində əməkdaşlığı adi məhsul tədarükündən birgə kolleksiyaların yaradılması, həmçinin müqaviləli istehsalın təşkili də daxil olmaqla, qarşılıqlı fəaliyyətin daha qabaqcıl formalarına keçirmək lazımdır.
"Report" xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç yüngül sənaye istehsalçılarının Bakıda keçirilən işgüzar görüşü zamanı bildirib.
O vurğulayıb ki, Belarus-Azərbaycan münasibətləri iqtisadiyyat və sənayedən tutmuş yüngül sənaye, eləcə də təhsilə qədər bütün əsas istiqamətləri əhatə edən strateji tərəfdaşlıq xarakteri daşıyır: "Bununla yanaşı, tərəflər hər iki dövlət liderlərinin tapşırıqlarına uyğun olaraq bir sıra birgə layihələrin aktiv icrasını həyata keçirirlər".
Diplomat diqqəti ona yönəldib ki, ikitərəfli qarşılıqlı fəaliyyətin hazırkı mərhələsi seçiciliyi və yüksək rəqabəti ilə fərqlənən Azərbaycan bazarının xüsusiyyətlərini nəzərə alaraq, keyfiyyətcə yeni səviyyəyə keçidi tələb edir:
"Söhbət həm məhsul tədarükündən, həm də birgə kolleksiyaların yaradılmasına yanaşmaların işlənib hazırlanmasından, Belarus şirkətlərinin yüksək moda həftələrində və sərgi layihələrində iştirakından, eləcə də tikiş və müqaviləli istehsal sahəsində layihələrdən gedə bilər".
Səfir, həmçinin Azərbaycanın tekstil sənayesi müəssisələrinin toplanmış təcrübəsinə işarə edərək, Bakı tikiş fabriklərini, Şəki ipək fabrikini, eləcə də Qarabağda açılmış müasir texnoloji təchizatlı istehsalatları xüsusi qeyd edib. Onun sözlərinə görə, bu müəssisələr qarşılıqlı faydalı əsasda işləməyə hazır olduqlarını bəyan edirlər.
Oxşar xəbərlər

Biznes
İtaliya və Azərbaycanın Afrikada birgə xammal layihələri ilə bağlı planları açıqlanıb
Report.az · 23 noyabr 2026, 12:17

Biznes
Azərbaycan və İtaliya yaxın zamanlarda yeni saziş imzalayacaq
Report.az · 23 noyabr 2026, 11:47

Biznes
Loran Françiozi: "CDP Azərbaycanın uzunmüddətli tərəfdaşı olmağa çalışır"
Report.az · 23 noyabr 2026, 11:18

Biznes
Anar Axundov: "Azərbaycanda İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir"
Report.az · 23 noyabr 2026, 10:17