TopXəbər

Read Qasımov: "Orta Dəhliz ətrafında iqtisadi fəaliyyətin genişləndirilməsi vacibdir"

23 noyabr 2026, 13:17 · Mənbə: Report.az

Read Qasımov: "Orta Dəhliz ətrafında iqtisadi fəaliyyətin genişləndirilməsi vacibdir"

Orta Dəhliz ətrafında iqtisadi fəaliyyətin genişləndirilməsi vacibdir.

Read Qasımov: "Orta Dəhliz ətrafında iqtisadi fəaliyyətin genişləndirilməsi vacibdir"

  • 23 noyabr, 2026
  • 13:12
  • Yeniliklərdən dərhal xəbərdar olun!

    Orta Dəhliz ətrafında iqtisadi fəaliyyətin genişləndirilməsi vacibdir.

    "Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.

    Onun sözlərinə görə, Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşən coğrafi mövqeyi hər zaman ölkəmizin strateji üstünlüklərindən biri olub: "Son onilliklər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm investisiyalar bu coğrafi üstünlüyün müasir nəqliyyat və logistika infrastrukturuna çevrilməsinə imkan verib. Asiya ilə Avropanı Xəzər regionu və Cənubi Qafqaz vasitəsilə birləşdirən Orta Dəhlizin artan əhəmiyyəti iqtisadi əməkdaşlıq və regional inteqrasiya üçün əlavə imkanlar yaradır".

    "Nəqliyyat dəhlizləri bağlantı yaradır, lakin rifahı təmin edən məhz onların ətrafında formalaşan iqtisadi fəaliyyətdir. Dəmir və yaxud avtomobil yolu o zaman həqiqətən dəyərli olur ki, biznesin inkişafına dəstək versin, sənayeni cəlb etsin, investisiyaları stimullaşdırsın və yeni iş yerləri yaratsın. Müasir şəhərsalmanın getdikcə daha mühüm rol oynadığı sahə məhz budur", - deyə o qeyd edib.