Niderland Ukraynaya "Patriot" ZRK sistemləri üçün raketlərin tədürükün sürətləndirmək istəyir
1 noyabr 2026, 16:47 · Mənbə: Report.az

Niderland tərəfdaşları ilə birlikdə Ukraynaya "Patriot" zenit-raket kompleksləri (ZRK) üçün raketlərin çatdırılmasını sürətləndirmək imkanlarını araşdırır.
"Report" un məlumatına görə, bu barədə Niderlandın müdafiə naziri Dilan Yeşilgöz-Zeqerius "X" sosial şəbəkəsində xəbər verib.
Onun sözlərinə görə, ABŞ-nin Ukraynaya raket satmaq qərarı Kiyevin hava hücumundan müdafiə vasitələri əldə etməsi istiqamətində növbəti addım olub və indi Amsterdam ilə Kiyevin digər tərəfdaşları tədarükü sürətləndirmək yollarını axtaracaqlar.
"Bu, Avropa vəsaitləri və avropalı müttəfiqlər tərəfindən maliyyələşdirilən, Ukrayna üçün "Patriot" komplekslərinin raketlərindən ibarət böyük tədarük paketinin təsdiqlənməsinə doğru atılmış daha bir addımdır. Müdafiə Nazirliyi tərəfdaşlarla birlikdə çatdırılmanı sürətləndirmək imkanları üzərində işləyir", - paylaşımda bildirilir.
ABŞ Dövlət Departamenti oktyabrın 30-da Ukraynaya 2,1 milyard dollar dəyərində 500 ədəd "Patriot PAC-3" ZRK raketinin satışını təsdiqləyib. Bununla belə, tədarük tam olaraq Kanada, Almaniya, Norveç və Aİ-nin krediti hesabına maliyyələşdiriləcək.
Oxşar xəbərlər


Dünya
Avropa Siyasi Birliyinin növbəti sammiti 2027-ci ilin aprelində keçiriləcək
Report.az · 13 noyabr 2026, 00:17

Dünya
Avropa Siyasi Birliyinin sammitində Ukraynaya dəstək təsdiqlənib
Report.az · 12 noyabr 2026, 23:48

Dünya
Azərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar
Report.az · 12 noyabr 2026, 23:48