Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi iqtisadiyyatda ciddi dəyər yaratmağı hədəfləyir
1 oktyabr 2026, 14:45 · Mənbə: Report.az

Azərbaycanda intellektual mülkiyyətin formalaşması müdafiə potensialı üzrə asılılığın azalması üçün əhəmiyyətlidir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda intellektual mülkiyyətin formalaşması müdafiə potensialı üzrə asılılığın azalması üçün əhəmiyyətlidir.
"Report" xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi yanında Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzinin İdarə Heyətinin sədri Orxan Yusubov Bakıda keçirilən ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində təşkil olunmuş panel müzakirədə bildirib.
O qeyd edib ki, bununla bağlı rəhbərlik etdiyi qurumun üzərinə böyük məsuliyyət düşür: "Düşünürük ki, Mərkəzin fəaliyyəti iqtisadiyyatda ciddi dəyər yaradacaq. Çünki müdafiə sənayesində istehsal olunan məhsullar tarix boyu yüksək əlavə dəyər yaratmaqla yanaşı, ciddi elmi kəşflərə, ciddi elmi ixtiralara, həmçinin "know-how" dediyimiz intellektual mülkiyyətin formalaşmasına kömək edir. Bu intellektual mülkiyyət isə ölkəmizin, xalqımızın və millətimizin qabiliyyəti deməkdir".
"Növbəti illərdə ölkəmizin bu sahə üzrə daha da güclənməsi, müdafiə potensialının artırılması və eyni zamanda müdafiə potensialı üzrə asılılığın azalması üçün bu, ciddi mənada önəmlidir. Buna görə də bu ağır və məsuliyyətli yolda universitetlərin və ekosistemin digər üzvləri ilə fəal şəkildə işləyəcəyik. İnşallah, ümid edirik ki, növbəti illərdə ekosistem olaraq həm böyüyəcək, həm də ciddi nəticələr əldə edəcəyik", - deyə sədr əlavə edib.
Oxşar xəbərlər

İqtisadiyyat
Kiril Kuçinski Oktyabrın 23-də Mərkəzi Bankın İclasından Sonra Əsas Faiz Dərəcəsini Proqnozlaşdırıb
News.ru · 18 oktyabr 2026, 16:18

İqtisadiyyat
Türkiyənin ölkəmizdəki səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
Report.az · 17 oktyabr 2026, 16:47

İqtisadiyyat
Azərbaycanda 9 ayda 420 min tona yaxın karbamid istehsal edilib
Report.az · 17 oktyabr 2026, 16:17

İqtisadiyyat
Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb
Report.az · 17 oktyabr 2026, 14:47