Azərbaycanda 9 ayda 420 min tona yaxın karbamid istehsal edilib
17 oktyabr 2026, 16:17 · Mənbə: Report.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 419,6 min ton həcmində karbamid istehsal olunub.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 419,6 min ton həcmində karbamid istehsal olunub.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 13,5 % azdır.
Oktyabrın 1-nə 66 min ton hazır məhsul qalığı yaranıb.
Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.
Oxşar xəbərlər

İqtisadiyyat
ARDNF daşınmaz əmlak fondlarına investisiyaları 7 %-dən çox artırıb
Report.az · 19 oktyabr 2026, 17:47

İqtisadiyyat
ARDNF qızıl külçələrə investisiyaları 2 dəfədən çox artırıb
Report.az · 19 oktyabr 2026, 17:47

İqtisadiyyat
NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib
Report.az · 19 oktyabr 2026, 17:17

İqtisadiyyat
Ağdərəyə qayıdan sakinlər telekommunikasiya xidmətləri ilə təmin ediliblər
Report.az · 19 oktyabr 2026, 16:47