Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb
17 oktyabr 2026, 14:47 · Mənbə: Report.az

Bu ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 6 milyon 671,5 min ton təşkil edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 6 milyon 671,5 min ton təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 291,4 min ton və ya 4,2 % azdır.
Məlumata əsasən, yüklərin 39,5 %-i neft yükləri olub.
9 ayda bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2025-ci ilin müvafiq dövrünə nisbətən 2 600 nəfər və ya 13,5 % artaraq 21,9 min nəfər olub.
Hesabat dövründə Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 183 milyon 72,9 min ton yük daşıyıb. Yüklərin 3,6 %-i dəniz yolu ilə daşınıb.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda 1 milyard 771 milyon 305,6 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 156 milyon 793 min sərnişin və ya 9,7 % çoxdur.
Oxşar xəbərlər

İqtisadiyyat
Azərbaycanın sağlamlıq turizmi "Kurort" QSC tərəfindən Özbəkistanda təbliğ edilib
Report.az · 19 oktyabr 2026, 19:17

İqtisadiyyat
ARDNF daşınmaz əmlak fondlarına investisiyaları 7 %-dən çox artırıb
Report.az · 19 oktyabr 2026, 17:47

İqtisadiyyat
ARDNF qızıl külçələrə investisiyaları 2 dəfədən çox artırıb
Report.az · 19 oktyabr 2026, 17:47

İqtisadiyyat
NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib
Report.az · 19 oktyabr 2026, 17:17