Kobaxidze: Gürcüstan əhalisi arasında Aİ-yə üzvlüyə dəstək 70 %-dən çoxdur
12 noyabr 2026, 00:47 · Mənbə: Report.az

Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkə əhalisi arasında Avropa İttifaqına (Aİ) üzvlüyə dəstəyin 70 %-dən çox olduğunu bildirib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkə əhalisi arasında Avropa İttifaqına (Aİ) üzvlüyə dəstəyin 70 %-dən çox olduğunu bildirib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, o, bu barədə Dublində Beynəlxalq və Avropa İşləri İnstitutunda keçirilən müzakirədə çıxışında danışıb.
Baş nazirin sözlərinə görə, Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün dəyər təşkil edir.
İ.Kobaxidze bildirib ki, Gürcüstan vətəndaşları Avropa bürokratlarının hansı məsələlərdə doğru, hansı məsələlərdə isə yanlış danışdığını ayırd edə bilirlər.
Onun sözlərinə görə, Gürcüstan əhalisi Aİ-yə üzvlüyə dəstəklə Avropa bürokratlarının mövqelərini bir-birindən fərqləndirir.
Baş nazir həmçinin qeyd edib ki, hakimiyyət seçkilərdə dəfələrlə 50 %-dən çox səs alıb.
Oxşar xəbərlər

Dünya
Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
Report.az · 23 noyabr 2026, 10:47

Dünya
Tatarıstanda neft obyektləri Ukrayna dronlarının hücumuna məruz qalıb
Report.az · 23 noyabr 2026, 09:47

Dünya
Valeri Çeçelaşvili: Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
Report.az · 23 noyabr 2026, 08:47

Dünya
Meksikada narkokartellər mikromaliyyə təşkilatlarına nəzarəti ələ keçirir
Report.az · 23 noyabr 2026, 08:17