İlham Əliyev və İnfantino Bakıda görüşüb
29 sentyabr 2026, 14:17 · Mənbə: Anadolu Ajansı

Azərbaycan prezidenti İlham Əliyev FIFA prezidenti Canni İnfantino ilə görüşüb. Görüşdə Azərbaycanda futbolun inkişafı və böyük yarışlara ev sahibliyi məsələləri müzakirə olunub.
Anadolu Ajansı yazır ki, İlham Əliyev sentyabrın 29-da Bakıya gələn FIFA prezidenti Canni İnfantino ilə görüşüb.
Prezident İlham Əliyev futbolun dünya və Azərbaycan səviyyəsində inkişafına verdiyi dəstəyə görə İnfantinoya təşəkkürünü bildirib.
O, gələn ay Azərbaycanda ilk dəfə təşkil olunacaq 15 yaşadək futbolçular arasında FIFA U-15 Dünya Çempionatı və Festivalı ilə 2027-ci ildə keçiriləcək 20 yaşadək kişilərarası Dünya Kubokunun hazırlıqlarının yüksək səviyyədə davam etdiyini qeyd edib.
İlham Əliyev Azərbaycanda belə böyük idman tədbirlərinin keçirilməsinin regional futbolun inkişafına töhfə verəcəyini vurğulayıb.
İnfantino görüşə görə təşəkkür edib və U-15 Dünya Çempionatı ilə festivalın dünya idman ictimaiyyətinin diqqətini çəkəcəyini bildirib.
Görüş zamanı Azərbaycanda futbolun inkişafı üçün görülən işlər, əldə olunan nailiyyətlər və FIFA ilə AFFA arasındakı uğurlu əməkdaşlıq müzakirə olunub.
Oxşar xəbərlər

Dünya
Çin XİN başçısı Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinin həlli üçün dialoqa çağırıb
Report.az · 20 oktyabr 2026, 08:47

Dünya
Tramp İrana qarşı hərbi əməliyyatı dərhal başa çatdırmağın mümkün olduğunu bildirib
Report.az · 20 oktyabr 2026, 07:46

Dünya
Tramp demokratları Qərb sivilizasiyasını məhv etməyə çalışmaqda ittiham edib
Report.az · 20 oktyabr 2026, 07:17

Dünya
ABŞ Avropada münaqişə baş verəcəyi təqdirdə aerostatlardan kütləvi istifadə etməyi planlaşdırır
Report.az · 20 oktyabr 2026, 06:47