FP Movement və Asics ilk ortaq ayaqqabı kolleksiyasını təqdim etdi
"Free People"ın idman ayaqqabı brendi FP Movement və "Asics" ilk birgə ayaqqabı kolleksiyasını satışa çıxarıb. Kolleksiyada qaçış və tennis ayaqqabıları yer alır və qızılı saatın sehrindən ilhamlanıb.
"Free People" markasının aktiv geyimlər brendi FP Movement "Asics" ilə ilk ayaqqabı əməkdaşlığını reallaşdırıb. Kolleksiya çərşənbə günü satışa təqdim olunan iki növ idman ayaqqabısından ibarətdir.
Qaçış və tennis ayaqqabılarından ibarət olan kolleksiya qızılı saatın sehrindən ilham alır. Bu, erkən qaçışlar, gün batımı vaxtı tennis matçları və qadınların özlərinə vaxt ayırdıqları, özünü yaxşı hiss etmələrini təmin edən gündəlik hərəkət anlarına həsr olunub.
Kolleksiyada "Asics"in performans təcrübəsi ilə FP Movementin unikal dizayn yanaşması birləşdirilib. "Gel-Challenger 15" tennis ayaqqabısında FP Movementin imza naxışı, paisli dizaynı istifadə olunub. 130 dollar qiymətində olan ayaqqabı yumşaq dəstəkli üst qatı və rahat oturan daban yaxalığı ilə seçilir. "Asics"in Wingwall texnologiyası sayəsində ayaqqabı yan-yana hərəkət zamanı sabitliyi artırır.
Qaçış ayaqqabısı "Gel-Nimbus 28" isə kolleksiyaya gün batımı portokalı rəng vurğusu əlavə edir, bu rəng qızılı saatın istiliyini və enerjisini simvolizə edir. 180 dollar qiymətində olan ayaqqabı FP Blast Plus orta alt təbəqəsi və PureGel texnologiyası ilə həm qısa, həm də uzun məsafələrdə rahatlıq və dəstək təmin edir.
FP Movement prezidentinin, Andrea Perezin fikrincə, "75 ildir ciddi idmançılar arasındakı etibarı ilə "Asics" az-az markalardan biridir. Bizim üçün bu ənənə vacibdir, çünki bizim üçün işlədiyimiz qadınlar həyatlarının ayrılmaz hissəsi olaraq hərəkət, qaçış və oyunla məşğuldur. Onlar nə qədər məşğul olsalar da qaçışlarına sadiq qalır və matçlarına qatılırlar. Bu əməkdaşlıq həmin vaxta hörmətlə yanaşmaqdır. Doğru tərəfdaş da "Asics" oldu."
Birgə kolleksiyanın ayaqqabılarına bir müddət fpmovement.com saytı, bəzi seçilmiş dükanlar, asics.com və ''Dick’s Sporting Goods''un bəzi filiallarında baxmaq olar.
"Asics" Amerika marketinq üzrə vitse-prezidenti Ket Ayers bildirib: "FP Movement ilə birgə əməkdaşlığımızı genişləndirməkdən məmnunuq. Bu əməkdaşlıq hərəkəti qeyd edir və təşviq edir. "Asics"in həm qaçış, həm də tennis ayaqqabılarının birgə kolleksiyada təqdimatı ilkdir və FP Movement hər iki sahədə güclü icma yanaşması ilə ideal tərəfdaşdır."
Son vaxtlar FP Movement məşhur kardio və güc mərkəzi Barry’s ilə birgə brend kollekciyası yaradıb ki, orada doqquz FP Movement stili yer alır.
WWD
Free People’s FP Movement Teams With Asics on Footwear Collection
Orijinal məqaləyə keç


