Ənənəvi incilər modern punk aksessuarına çevrilir
Incilər artıq sadəcə klassik zinət əşyası kimi yox, şəxsi üslubu əks etdirən və punk ruhunu daşıyan müasir aksessuar kimi populyarlıq qazanır. Mikimoto və Chrome Hearts əməkdaşlığı 22 karatlıq qızıldan hazırlanmış incili zərgərlik nümunələrini təqdim edib.
Incinin modadakı zirvəsinə çatmışıq. Parlaq qiymətli daş artıq bir neçə mövsümdür podyumlarda Vaquera və Simone Rocha-dan Valentino və Chanel-ə kimi brendlərin diqqət mərkəzindədir. Toplanmış, oversized, çox qatlı və yenidən təsəvvür edilmiş təvazökar inci boyunbağı artıq nənənin zinət əşyası qutusundan gələn sakit əşya deyil. O, şəxsiyyətli, böyük müasir aksessuar kimi qəbul edilir. Keçmişdə inci boyunbağı sakit təmkin və homojen əxlaq ifadə edirdi. İndi incilər fərdilik və cəsarətli şəxsi üslubun simvoludur. İncilər punk ruhunu daşımağa başlayıb.
Mikimoto ilə Chrome Hearts-un əməkdaşlığı buna nümunədir. Bu brendlər ikinci dəfə birləşərək 22 karat sarı qızıldan, Akoya inciləri və brilliyantlarla bəzədilmiş beşhissəli kolleksiya təqdim edib. Chrome Hearts-un imza tərzi olan qotik xaçlar və çivili bəzəklər boyunbağılar, təhlükəsizlik iynəsi bürüşləri və bilərziklərdə istifadə olunub. Məhdud sayda olan bu məhsullar yalnız Tokioda, Londonda və Nyu-Yorkda Chrome Hearts-un əsas mağazalarında, eləcə də Mikimoto-nun Ginza mağazasında satılır.
2010-cu ildən incilərin sərhədlərini genişləndirən zinət əşyası dizayneri Melanie Georgacopoulos yaxınlarda “Eclipse” adlı yüksək səviyyəli zinət əşyası kapsul kollekiyası yaradıb. O, inciləri tunc rəngli tünd metal qolbaqların arasına yerləşdirib. Oksidləşmiş gümüş zəncirlərlə incələrin birləşdirilməsi güclü kontrast yaradır. Gaia Repossi və Sophie Bille Brahe inciləri təbii zəncirlərdən çıxarıb müasir üslublu üzüklərdə və çivili halqa sırğalarda istifadə edir, cəsarətli görünüş yaradırlar. Marla Aaron miras inciləri rəngli iplərə düzərək, müasir, təkrar daşlarla bəzəyilmiş kulonlara çevirmə xidməti təşkil edib.
Incinin prim ifadələri punk stilinə yaxşı uyğun gəlir. Bunun səbəblərindən biri Vivienne Westwood-un 1987-ci ilin payız kolleksiyasında inciyə subversiv yanaşmasıdır. Üç il sonra o, məşhur Three-Row Pearl Drop Choker boyunbağını təqdim edib. Onu punk incilərinin nənəsi adlandırmaq olar. Vivienne Westwood-un kreativ direktoru Andreas Kronthaler ötən il ELLE jurnalına deyib: “İncidən gözəl heç nə yoxdur. Onlar göz bəyazını və dişləri vurğulayır; incilər sanki sizinlə danışır. Həmin aksesuarlar yaşından, cinsindən asılı olmayaraq hər kəsə yaraşır. Onları daim taxmaq olar — nadir hallarda belə olur. Hətta səhər yeməyində belə taxmaq mümkündür!”
Punk inciləri fərdi ruha da malikdir. Onları gözlənilməz əşyalarla, məsələn, dəridən motosikletçi gödəkçəsi ilə, nənənizin incilərinə təhlükəsizlik iynəsi bəzəklərini əlavə edərək və ya Madonna-nın “Like a Virgin” dövründə olduğu kimi vintage roza əsərləri ilə çox qatlayaraq taxa bilərsiniz.



