Deniz Göktaş ilk dəfə məhkəmə qarşısına çıxır
28 sentyabr 2026, 11:47 · Mənbə: Hürriyet

Deniz Göktaş 12 ilə qədər həbs cəzası tələb edilən iş üzrə ilk dəfə hakim qarşısına çıxacaq.
Hürriyet yazır ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Deniz Göktaşın sosial media platformalarında yaydığı videolarda cinayət tərkibi olduğu iddiası ilə hüquqi proses başlayıb.
Ona qarşı prezidentə təhqir, xalqı düşmənçiliyə və nifrətə təhrik və aşağılanma, habelə cinayət və cinayətkarı tərifləndirmə ittihamları irəli sürülüb.
Deniz Göktaş barəsində 2 il 7 aydan 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb edilir.
Bu səbəbdən o, həbs edilib və bu gün ilk dəfə İstanbul 14-cü Məhkəməsində hakim qarşısına çıxacaq.
Məhkəmə iclası salonunun tutumunun az olması səbəbindən dinləmə İstanbul 4-cü Ağır Cinayətlər Məhkəməsinin iclas zalında keçiriləcək.
Oxşar xəbərlər



Dünya
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
Report.az · 20 oktyabr 2026, 02:17

Dünya
Yaponiya Marsın peyki Fobosdan torpaq nümunələri gətirmək üçün kosmik aparat buraxıb
Report.az · 20 oktyabr 2026, 01:47