TopXəbər

Bosfor boğazında kimyəvi tankerinin nasazlığı səbəbindən gəmi hərəkəti dayandırılıb

12 oktyabr 2026, 07:47 · Mənbə: Report.az

Bosfor boğazında kimyəvi tankerinin nasazlığı səbəbindən gəmi hərəkəti dayandırılıb

Bolqarıstandan İtaliyaya doğru hərəkət edən tankerin mühərrikində nasazlıq yaranmasından sonra Bosfor boğazında hər iki istiqamətdə gəmi hərəkəti müvəqqəti dayandırılıb.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Bolqarıstandan İtaliyaya doğru hərəkət edən tankerin mühərrikində nasazlıq yaranmasından sonra Bosfor boğazında hər iki istiqamətdə gəmi hərəkəti müvəqqəti dayandırılıb.

"Report" Türkiyənin "DHA" agentliyinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 19:10 radələrində baş verib.

Malta bayrağı altında üzən, uzunluğu 107 metr olan IVYAN adlı kimyəvi maddələr daşıyan gəmi Kanlıca sahilləri yaxınlığında dayanıb. Nəticədə tanker sahildən cəmi bir neçə metr aralıda durub.

Hadisə yerinə xilasetmə əməliyyatının aparılması üçün Sahil Mühafizəsinin katerləri və bir neçə yedək gəmisi göndərilib. Bosfor boğazında gəmi hərəkətinin nə vaxt bərpa ediləcəyi barədə məlumat verilməyib.