BƏƏ yeniyetmələrin sosial şəbəkə istifadəsinə məhdudiyyət qoydu
Birləşmiş Ərəb Əmirlikləri 15 yaşdan kiçiklərin sosial media hesablarını 12 ay ərzində silməli olduğunu bildirib. 15 və 16 yaşlılar isə təhlükəsizlik tədbirləri ilə sosial şəbəkələri istifadə edə biləcəklər.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) azyaşlıların sosial mediadan istifadəni məhdudlaşdıran ölkələr sırasına qatılıb.
Ölkədə ötən cümə qəbul edilmiş yeni Nazirlər Kabineti qərarı sosial media platformalarına 12 ay müddətində 15 yaşdan aşağı uşaqlar tərəfindən yaradılmış bütün hesabları yoxlamaq və silmək üçün vaxt verir. Əks halda tam qadağa ilə üzləşəcəklər.
Dövlət xəbər agentliyi WAM bildirib: “Qərar sosial mediada istifadə üçün minimum yaş həddini 15 olaraq müəyyən edir. Bu yaşdan aşağı uşaqların şəxsi hesab açması, istifadə etməsi və ya idarə etməsi qadağandır.”
Hökumət qeyd edib ki, bu qərar uygunsuz məzmuna məruz qalma, təhlükəsiz olmayan onlayn qarşılıqlı əlaqə, sosial medianın həddindən artıq istifadəsi və uşaqların şəxsi məlumatlarının toplanması kimi narahatlıqları aradan qaldırmaq məqsədi daşıyır.
Sosial media qadağalarının sizin üçün mənası
Bu videonu izləmək üçün zəhmət olmasa JavaScript-i aktiv edin və HTML5 video dəstəkləyən brauzerdən istifadə edin.
BƏƏ yeniyetmələrin sosial mediaya girişini məhdudlaşdıran ilk ərəb ölkəsi oldu
Avstraliya 2022-ci ilin dekabrında zehni sağlamlıq, kibermobbing və fiziki aktivliyin olmaması kimi səbəblərlə 16 yaşdan aşağı uşaqlar üçün belə məhdudiyyət tətbiq edən ilk ölkə oldu.
Böyük Britaniya, Kanada, İndoneziya, Malayziya, Türkiyə və bir neçə Avropa ölkəsi də yeniyetmələrin sosial mediadan istifadəsinə məhdudiyyət qoyub. Lakin BƏƏ bunu edən ilk ərəb ölkəsidir.
Tənqidçilər bildirir ki, qadağaların tətbiqi çətin olacaq və uşaqları sosial əlaqələrdən məhrum edə bilər.
WAM öz hesabatında yeni qərarın “rəqəmsal uşaq müdafiəsində aparıcı qlobal trendlərlə” uyğun olduğunu vurğulayıb. Qərara əsasən uşaqlar sosial qarşılıqlı əlaqə, paylaşım, rəylər, ictimai qruplara qoşulma, açıq kanallar və digər genişmiqyaslı interaktiv məkanların tam funksiyalarından istifadə edə bilməyəcəklər.
BƏƏ telekommunikasiya orqanları pozuntuların qarşısını almaq üçün platformalara qarşı zəruri tədbirləri görə biləcək.
15 və 16 yaşlı yeniyetmələr sosial mediaya əlçatanlıq əldə edəcək. Lakin onların yaşına uyğun məzmun, ekran vaxtı və naməlum istifadəçilərlə qarşılıqlı əlaqə üzrə məhdudiyyətlər tətbiq olunacaq.
Avropada uşaqlar üçün ümumi sosial media qadağası?
Bu videonu izləmək üçün zəhmət olmasa JavaScript-i aktiv edin və HTML5 video dəstəkləyən brauzerdən istifadə edin.




