Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda texniki xəta baş verib, yubanmalar yaranıb
20 noyabr 2026, 19:17 · Mənbə: Report.az

Bakı metrosunda qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı metrosunda qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib.
Bu barədə "Report"a Bakı Metropolitenindən bildirlib.
Bu səbəbdən hərəkət təhlükəsizliyini təmin edən mühafizə sistemi işə düşüb və qatarların hərəkəti ehtiyat sistem vasitəsilə tənzimlənib.
Nəticədə yalnız Qırmızı xətdə qatarların hərəkətində yubanmalar yaranıb. Yaşıl və Bənövşəyi xətlərdə isə qatarlar normal qrafik üzrə hərəkətini davam etdirib.
Dərhal texniki baxış keçirilib, xəta müəyyən edilərək 5 dəqiqə ərzində operativ şəkildə aradan qaldırılıb. Hazırda Qırmızı xətdə qatarların hərəkəti pik saat intervalına uyğun təmin edilir
Oxşar xəbərlər

Siyasət
Şamaxıda "Gənclik Yolunda" layihəsinin açılış mərasimi keçirilib
Report.az · 22 noyabr 2026, 15:46


Siyasət
Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Report.az · 22 noyabr 2026, 13:17

Siyasət
Barselonada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı başlayıb
Report.az · 22 noyabr 2026, 10:16