Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
19 oktyabr 2026, 12:17 · Mənbə: Report.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 185,17 milyon ABŞ dolları dəyərində 841 min 678 ton buğda gətirilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 185,17 milyon ABŞ dolları dəyərində 841 min 678 ton buğda gətirilib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13,3 %, kəmiyyət olaraq – 10,8 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 156,04 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,8 dəfə çox) 711 min 883 ton (+3,8 dəfə), Qazaxıstandan 29,13 milyon ABŞ dolları dəyərində (-76 %) 129 min 793 ton (-77 %), Türkiyədən 0,8 min ABŞ dolları dəyərində (-87,2 %) 1,6 ton (-81,3 %) və Serbiyadan 0,01 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) buğda alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 1 milyon 267 min 322 ton buğdanın 52,26 %-i Qazaxıstanın, 47,73 %-i Rusiyanın payına düşüb.
Oxşar xəbərlər

Biznes
Azərbaycanın Ermənistana builki ixracının dəyəri 23 milyon dolları keçib
Report.az · 19 oktyabr 2026, 09:47


Biznes
Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Report.az · 17 oktyabr 2026, 17:47
