TopXəbər

"Borussiya" Bakı Olimpiya Stadionunda "Sabah"la oyunöncəsi son məşqinə çıxıb

19 oktyabr 2026, 18:47 · Mənbə: Report.az

"Borussiya" Bakı Olimpiya Stadionunda "Sabah"la oyunöncəsi son məşqinə çıxıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Bakıda "Sabah"la üz-üzə gələcək Almaniyanın "Borussiya" (Dortmund) klubu oyundan əvvəl məşqə çıxıb.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Bakıda "Sabah"la üz-üzə gələcək Almaniyanın "Borussiya" (Dortmund) klubu oyundan əvvəl məşqə çıxıb.

"Report"un məlumatına görə, Bundesliqa təmsilçisinin Bakı Olimpiya Stadionunda gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif terminləri yerinə yetiriblər.

Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.