TopXəbər

ARDNF qızıl külçələrə investisiyaları 2 dəfədən çox artırıb

19 oktyabr 2026, 17:47 · Mənbə: Report.az

ARDNF qızıl külçələrə investisiyaları 2 dəfədən çox artırıb

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl külçələrə 47 milyard 707,460 milyon manat təşkil edib.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl külçələrə 47 milyard 707,460 milyon manat təşkil edib.

"Report" Fondun illik hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,3 dəfə çoxdur.

İl ərzində qızıl külçələrin qurumun aktivlərindəki payı isə 20,5 %-dən 37,9 %-ə yüksəlib.

Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.