TopXəbər

Ağdərəyə qayıdan sakinlər telekommunikasiya xidmətləri ilə təmin ediliblər

19 oktyabr 2026, 16:47 · Mənbə: Report.az

Ağdərəyə qayıdan sakinlər telekommunikasiya xidmətləri ilə təmin ediliblər

Ağdərə rayonunun məskunlaşma həyata keçirilən kəndlərinə qayıdan sakinlər telekommunikasiya xidmətləri ilə təmin olunublar.

Yeniliklərdən dərhal xəbərdar olun!

Ağdərə rayonunun məskunlaşma həyata keçirilən kəndlərinə qayıdan sakinlər telekommunikasiya xidmətləri ilə təmin olunublar.

"Report"un Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə "Aztelekom" MMC tərəfindən rayonun Həsənriz kəndinə təşkil olunan infotur zamanı bildirilib.

Qeyd olunub ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Ağdərə rayonunda telekommunikasiya infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir.

Məlumata əsasən, rayonun 1950 təsərrüfatını əhatə edən şəhər mərkəzi, Suqovuşan qəsəbəsi, Həsənriz, Vəngli, Kolatağ, Çapar, Heyvalı, Çıldıran, Aşağı Oratağ və Talış yaşayış məntəqələrində ümumilikdə 1768 ədəd rabitə dirəyi basdırılıb, 334 km müxtəlif tipli fiber-optik kabel çəkilib və 9 ədəd OLT (Optik Xətt Terminalı) stansiyası quraşdırılaraq istifadəyə verilib. Bu ərazilərdə telekommunikasiya xidmətləri 868 ev təsərrüfatını və 68 biznes subyektini əhatə edir.

GPON (Qiqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə abunəçilərə (ev təsərrüfatı və biznes subyektləri) yüksəksürətli internetlə yanaşı, "internet + telefoniya", "internet + televiziya (ikisi birində)" və "internet + telefoniya + televiziya (üçü birində)" xidmətləri təqdim olunur.

YENİLƏNİR