Azərbaycan və Türkiyə nağd pul dövriyyəsinin idarə olunmasını müzakirə edib
26 oktyabr 2026, 10:17 · Mənbə: Report.az

Azərbaycan Mərkəzi Bankı (AMB) və Türkiyə Mərkəzi Bankı (TMB) arasında nağd pul dövriyyəsinin idarə olunması müzakirə edilib.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan Mərkəzi Bankı (AMB) və Türkiyə Mərkəzi Bankı (TMB) arasında nağd pul dövriyyəsinin idarə olunması müzakirə edilib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, TMB-nin nümayəndə heyəti AMB-də təcrübə mübadiləsi məqsədilə işgüzar səfərdə olub.
Səfər çərçivəsində keçirilən görüşlərdə nümayəndə heyəti ilə filial infrastrukturunun təşkili, nağd pul dövriyyəsinin idarə olunması və xəzinə əməliyyatları üzrə ölkə təcrübələri ətrafında müzakirələr aparılıb.
Əlavə olaraq TMB nümayəndə heyətinin nağd pulun saxlanılması, emalı və logistikası sahəsində tətbiq olunan proseslərlə əyani tanışlığı məqsədilə AMB-nin Yevlax Ehtiyat Mərkəzinə səfəri təşkil olunub.
Oxşar xəbərlər

İqtisadiyyat
Azərbaycan İtaliyaya neft satışından qazancını 10 %-dən çox artırıb
Report.az · 26 oktyabr 2026, 13:48



İqtisadiyyat
AAYDA: Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri aparılır
Report.az · 26 oktyabr 2026, 10:47