TopXəbər

AAYDA: Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri aparılır

26 oktyabr 2026, 10:47 · Mənbə: Report.az

AAYDA: Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində təmir-bərpa işləri həyata keçirir.

Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində təmir-bərpa işləri həyata keçirir.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, hazırda əraziyə cəlb olunmuş xüsusi texnikalar vasitəsilə torpaq işləri görülür, yol yatağının qazılması və hamarlanması istiqamətində tədbirlər davam etdirilir.

Təmir işləri çərçivəsində yol örtüyünün dayanıqlığının artırılması və uzunmüddətli istismarının təmin edilməsi məqsədilə drenaj sisteminin qurulması da nəzərdə tutulur. Bunun üçün səth və yağış sularının ərazidən kənarlaşdırılmasını təmin edəcək suötürücü borular və yağış suyu barmaqlıqları quraşdırılacaq.

Görülən tədbirlər yolun hərəkət hissəsində su yığılmasının qarşısının alınmasına, yol örtüyünün vaxtından əvvəl sıradan çıxması riskinin azaldılmasına və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə xidmət edəcək.

Təmir-bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması və avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinin bərpa olunması planlaşdırılır.

İqtisadiyyat

"AzParking" tətbiqinə yeni funksiyalar əlavə edilib

Report.az · 26 oktyabr 2026, 12:17

İqtisadiyyat

Avropada qazın qiyməti 1 100 dolları ötüb

Report.az · 26 oktyabr 2026, 11:17