"AzParking" tətbiqinə yeni funksiyalar əlavə edilib
26 oktyabr 2026, 12:17 · Mənbə: Report.az

Sürücülərin rahatlığını təmin etmək və parklanma prosesini daha da asanlaşdırmaq məqsədilə "AzParking" mobil tətbiqinə bir sıra yeniliklər əlavə olunub.
Yeniliklərdən dərhal xəbərdar olun!
Sürücülərin rahatlığını təmin etmək və parklanma prosesini daha da asanlaşdırmaq məqsədilə "AzParking" mobil tətbiqinə bir sıra yeniliklər əlavə olunub.
Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, dəyişikliklər istifadəçilərdən daxil olan müraciət, təklif və gündəlik istifadə təcrübəsinin təhlili əsasında hazırlanıb və parklanma prosesini daha rahat və operativ həyata keçirmək məqsədi daşıyır.
Yeni versiyada təqdim olunan əsas dəyişikliklərə isə bunlar daxildir: məntəqənin düzgünlüyünün təsdiqi – fərqli qiymət indeksli məntəqələrin yaxın yerləşdiyi kəsişmələrdə səhv seçimi azaltmaq üçün sessiyaya başlamazdan əvvəl məntəqənin təsdiqlənməsi; internet bağlantısı xəbərdarlığı – bağlantı kəsildikdə, istifadəçiyə dərhal məlumatın verilməsi və yenidən yoxlama imkanının yaradılması; xidməti parklanma xəbərdarlığı – istifadəçiyə yaxınlıqda xidməti avtomobillər üçün yerlərin olması barədə bildirişin göndərilməsi. Bu da sürücüyə düzgün yerdə park etmək imkanı yaradır; canlı fəaliyyətlər – tətbiqi açmadan aktiv parklanma sessiyasının birbaşa telefonun kilid ekranından izlənilməsi; xəritə görünüşü seçimi – məntəqəni daha rahat tapmaq üçün standart xəritənin və ya peyk görünüşününün seçilməsi.
Bildirilib ki, həyata keçirilən yenilənmə və təkmilləşdirmə sürücülərə parklanma əməliyyatlarını daha sürətli, rahat və minimum addımla həyata keçirməyə imkan verir.
Oxşar xəbərlər

İqtisadiyyat
Azərbaycan Seneqalla enerji sahəsində əməkdaşlığı müzakirə edib
Report.az · 26 oktyabr 2026, 15:17

İqtisadiyyat
Azərbaycanda həyat sığortası üzrə ödənişlər 34 %-dən çox artıb
Report.az · 26 oktyabr 2026, 14:17

İqtisadiyyat
Azərbaycan İtaliyaya neft satışından qazancını 10 %-dən çox artırıb
Report.az · 26 oktyabr 2026, 13:48
