Azərbaycan Mərkəzi Bankı kredit riskləri ilə bağlı qaydalara yenidən baxıb
12 oktyabr 2026, 13:47 · Mənbə: Report.az

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 22 iyul 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası"nda, "Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda"da və 21 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişikliklər edib.
Yeniliklərdən dərhal xəbərdar olun!

"Report" xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, banklarda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə verilmiş kredit üzrə həmin şəxslərin nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə banka təqdim etdiyi məlumatlarla kredit bürolarına təqdim etdiyi müvafiq məlumatların bank tərəfindən müqayisəsi nəticəsində hər hansı göstərici üzrə uyğunluğun 90 %-dən az olduğu müəyyən edildikdə həmin aktiv qeyri-qənaətbəxş hesab olunacaq.
Bundan başqa, istehlak krediti üzrə təminat qismində zaminlik çıxış etdikdə, zaminin BGN əmsalı 70 %-dən artıq olmamalıdır.
Həmçinin, borcalanın gəlirləri müvafiq sənədlərlə (əməkhaqqı barədə iş yerindən arayış, təqaüd barədə təhsil müəssisəsindən arayış, sosial müdafiə sahəsində idarəetməni həyata keçirən qurum tərəfindən borcalana pensiya və müavinətlərin ödənilməsi haqqında arayış, borcalanın mövcud depozit hesabları üzrə faiz gəlirlərini təsdiq edən bank arayışı və ya gəlirlərini təsdiq edən digər sənədlər) və ya dövlət informasiya ehtiyat və sistemlərindən əldə olunan məlumatlar əsasında müəyyən edilə bildiyi hallarda həmin borcalan üzrə davranış modeli əsasında proqnozlaşdırılmış gəlirin istifadəsinə yol verilmir. Bu tələb həmin bəndin qüvvəyə mindiyi tarixdən sonra yaranmış kredit tələblərinə şamil edilir.
Qərar 1 aydan sonra qüvvəyə minəcək.
Oxşar xəbərlər

İqtisadiyyat
Azərbaycanın sağlamlıq turizmi "Kurort" QSC tərəfindən Özbəkistanda təbliğ edilib
Report.az · 19 oktyabr 2026, 19:17

İqtisadiyyat
ARDNF daşınmaz əmlak fondlarına investisiyaları 7 %-dən çox artırıb
Report.az · 19 oktyabr 2026, 17:47

İqtisadiyyat
ARDNF qızıl külçələrə investisiyaları 2 dəfədən çox artırıb
Report.az · 19 oktyabr 2026, 17:47

İqtisadiyyat
NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib
Report.az · 19 oktyabr 2026, 17:17