Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb
28 sentyabr 2026, 06:15 · Mənbə: Report.az

Enerji və mənzil üzrə Avropa komissarı Dan Yorqensen təchizatdakı fasilələr fonunda Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb.
"Report"un "Politico"ya istinadən məlumatına görə, Yorqensen bunu Aİ nazirlərinə göndərdiyi məktubda bildirib.
"Qlobal təchizatın məhdudluğu və qiymətlərin yüksək dəyişkənliyi kontekstində istehlakın azaldılması qiymətlərin tənzimlənməsi üçün təsirli vasitə ola bilər", - məktubda deyilir.
Yorqensen nazirlərə lazımi müddət ərzində qaz və elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görmələrini təklif edib. O, həmçinin qeyd edib ki, hazırda Aİ-nin enerji təhlükəsizliyi təmin olunur.
Oxşar xəbərlər

Dünya
Çin XİN başçısı Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinin həlli üçün dialoqa çağırıb
Report.az · 20 oktyabr 2026, 08:47

Dünya
Tramp İrana qarşı hərbi əməliyyatı dərhal başa çatdırmağın mümkün olduğunu bildirib
Report.az · 20 oktyabr 2026, 07:46

Dünya
Tramp demokratları Qərb sivilizasiyasını məhv etməyə çalışmaqda ittiham edib
Report.az · 20 oktyabr 2026, 07:17

Dünya
ABŞ Avropada münaqişə baş verəcəyi təqdirdə aerostatlardan kütləvi istifadə etməyi planlaşdırır
Report.az · 20 oktyabr 2026, 06:47