68 yaşlı petank oyunçusu başına metal topla vurularaq ölüb
Fransanın Mimizan kurortunda petank oyunçusu 81 yaşlı rəqibi ilə mübahisə zamanı başına metal topla vurulub və bir neçə dəqiqə sonra infarkt keçirərək dünyasını dəyişib.
Fransanın Atlantik kurortu Mimizan şəhərində rəqib komandası ilə mübahisə zamanı metal boule ilə vurulduğu bildirilən 68 yaşlı pétanque oyunçusu vəfat edib.
Məlumata görə, kişi sahildə müntəzəm oynayan bir komanda ilə şəhərdə oynayan digər komanda arasında başlayan mübahisə zamanı vurulub.
Şahidlərin yerli mediaya verdiyi məlumata görə, mübahisə sahildəki qrupun istilik dalğasında kölgə tapmaq üçün şəhərdə oynamaq istəməsi ilə başlanıb.
Mont-de-Marsanın prokurorluğundan bildirilib ki, 81 yaşlı şəxs həbs olunub və istintaq məqsədilə saxlanılır.
Mont-de-Marsanın dövlət prokuroru Alexa Duburq yerli "Sud Ouest" qəzetinə deyib: "Dəlillərə əsasən... belə görünür ki, 81 yaşlı şəxs dünyasını dəyişmiş oyunçunu pétanque boule ilə vurub."
O, hadisənin "mübahisədən fiziki qarşıdurmaya keçdiyini" söyləyib.
Prokuror əlavə edib ki, iyunun 17-də boulodromda olan şəxslərin hər birinin rolu araşdırılır.
Pétanque fransız oyunu olub, içi boş polad topların kiçik taxta topa ən yaxın atılmasını tələb edir.
Yerli "İsi Gaskon" radiosu xəbər verib ki, kişi aldığı zərbədən dərhal ölməyib, bir neçə dəqiqə sonra infarkt keçirərək yıxılıb.
Bir yerli sakin AFP agentliyinə deyib: "Sahildə pétanque oynayanlarla şəhərdə oynayanlar arasında böyük rəqabət var, amma bu səviyyədə olduğunu düşünməzdim."
BBC News
Pétanque player, 68, dies after being 'hit in head with metal boule'
Orijinal məqaləyə keç


