2026-cı il Qadınların Ədəbiyyat Mükafatlarının qalibləri bəlli oldu
Böyük Britaniyanın Qadınların Ədəbiyyat Mükafatları 2026-cı ilin ən yaxşı bədii və qeyri-bədii əsərlərini açıqlayıb. Hər iki kateqoriyanın sahibinə 30 min funt sterlinq mükafat veriləcək.
Böyük Britaniyanın Qadınların Ədəbiyyat Mükafatları Təşkilatı 2026-cı ilin ən yaxşı ingiliscə yazılmış bədii və qeyri-bədii əsərlərinin qaliblərini elan edib. Bədii əsərlər mükafatı hər il İngiltərədə nəşr olunan, qadın müəlliflərin orijinal və oxunaqlı romanlarına verilir. Qeyri-bədii əsərlər mükafatı isə faktlara əsaslanan nəsrə nüfuz qazandırır.
Bədii əsərlər üzrə mükafat "The Correspondent" kitabı ilə Virciniya Evensə verilib. Təşkilat əsəri "gəncliyin özünəinamını yaşlılığın hikməti ilə qarşı-qarşıya qoyan ruhlandırıcı və təsirli roman" kimi qiymətləndirib.
Qeyri-bədii əsərlər üzrə isə "The Finest Hotel in Kabul" kitabı ilə Lays Duşe qalib olub. Mükafat komitəsi əsəri "müasir Əfqanıstanın zəngin tarixi" kimi dəyərləndirib.
Hər iki müəllif 30 min funt sterlinq pul mükafatı alacaq. Virciniya Evens əlavə olaraq rəssam Grizel Nivin tərəfindən hazırlanan bürünc heykəlcik "Bessi" ilə təltif olunacaq. Lays Duşey isə qeyri-bədii əsərlər mükafatını maliyyələşdirən Şarlot Eytken Fondunun hədiyyəsi olan məhdud sayda sənət əsəri "Şarlot"u alacaq. Bədii əsərlər mükafatı isə anonim mənbə tərəfindən maliyyələşdirilir.
Literary Hub
Here are the winners of the 2026 Women’s Prizes in Fiction and Nonfiction.
Orijinal məqaləyə keç


