Yaponiyanın 4 mindən çox sakini tufandan sonra elektriksiz qalıb
28 sentyabr 2026, 08:44 · Mənbə: Report.az

Yaponiyanın Tiba prefekturasının 4 mindən çox sakini sentyabrın 20-də ölkənin Sakit okean sahili boyunca keçən "Duszyuan" qasırğasından sonra elektrik enerjisindən məhrum olub.
"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının təbii fəlakətdən dəyən ziyana dair növbəti rəsmi məlumatında deyilir. Məlumata görə, 13 nəfər ölüb, daha iki nəfər itkin düşüb.
Tayfunun beş yerdə səbəb olduğu torpaq sürüşmələri əvvəllər gündəlik 54 min nəfərin istifadə etdiyi yerli dəmir yolu xətlərindən birinə ziyan vurub. Hərəkəti bərpa etmək üçün azı üç ay vaxt lazımdır. Yerli sakinlər üçün əlavə avtobuslar ayrılıb, dayanacaqlarda uzun növbələr yaranıb.
Tiba prefekturasındakı bəndin qırılması səbəbindən yaşayış binalarının və əkin sahələrinin yerləşdiyi 5 kvadrat kilometrlik ərazi hələ də su altında qalır. Fəlakət zonasında təxminən 1,7 min bina zərər çəkib.
Oxşar xəbərlər

Dünya
Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
Report.az · 20 oktyabr 2026, 06:17

Dünya
"Bild": Hakerlər Almaniyada partiyaya aid 420 mindən çox elektron məktubu oğurlamış ola bilərlər
Report.az · 20 oktyabr 2026, 05:47

